Rusiyalı deputat ukraynalı məhbusları daşıyan təyyarəni Kiyevin vurmuş ola biləcəyini iddia edib
Rusiya parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Belqorod vilayətində ukraynalı əsirləri daşıyarkən qəzaya uğrayan İl-76 tipli təyyarənin Ukraynanın atdığı raketlərlə vurulmuş ola biləcəyini iddia edib.
Kartapolov Dumada keçirilən ümumi yığıncaqdakı çıxışında Rusiyanın İl-76 tipli hərbi təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması ilə bağlı qiymətləndirmələr edib.
Təyyarəni Ukraynanın vurmuş ola biləcəyinə diqqət çəkən Kartapolov, "Ukrayna rəhbərliyi yaxınlaşan dəyişiklikdən xəbərdar idi və əsirlərin necə təslim ediləcəyi barədə məlumat verilmişdi. Ancaq İl-76 təyyarəsi İRİS-dən üç raketlə vuruldu. Bunlar Almaniyada istehsal olunan T və ya "Patriot" zenit-raket kompleksləridir. Bunu mütəxəssislər həll edəcək" - deyə bildirib.
Rusiya Hava-Kosmik Qüvvələrinə aid qəzaya uğrayan İl-76 təyyarəsində əsir mübadiləsi üçün aparılan Ukrayna Silahlı Qüvvələrinin 65 əsgərinin olduğunu xatırladan Kartapolov, "Bu təyyarədən sonra ikinci İl-76 təyyarəsi uçurdu. 80-ə yaxın hərbi əsir götürdü və onu geri qaytarmağa nail oldular" deyə qeyd edib.