Mübadilə üçün aparılan 65 ukraynalı məhbusun olduğu Rusiya təyyarəsi qəzaya uğrayıb


Rusiya Müdafiə Nazirliyi 65 ukraynalı məhbusun da olduğu İl-76 tipli təyyarənin Belqorod vilayətində qəzaya uğradığını açıqlayıb.


Rusiya Müdafiə Nazirliyinin açıqladığı xəbərə görə, təyyarədə mübadilə üçün götürülən 65 ukraynalı hərbçidən əlavə, 3-ü müşahidəçi, 6-sı ekipaj üzvü olmaqla 74 nəfər var.

Hadisənin səbəbi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov araşdırma aparmaq üçün hadisə yerinə gedəcəyini açıqlayıb. Qladkov bildirib ki, təcili yardım qrupları işləyir.

Digər tərəfdən hadisə yerinə Rusiya Aerokosmik Qüvvələrindən bir komandanın göndərildiyi paylaşılıb.

Bildirilib ki, hərbi yük təyyarəsi olan İl-76 90 sərnişini daşıya bilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu