Fələstin: İsrail BƏM-dəki işi lazımi səviyyədə qiymətləndirmir
Fələstin Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail Beynəlxalq Ədalət Məhkəməsindəki (ICJ) işi lazımi səviyyədə qiymətləndirmir və Fələstin xalqına qarşı qırğınlarını artırmağa davam edir.
Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin Fələstin xalqına qarşı soyqırım savaşını 99-cu gündə də davam etdirdiyi bildirilib.
Bəyanatda ICJ-də dinləmələrin davam etdiyi bir vaxtda İsrailin Xan Yunus, Rəfah şəhərləri və Qəzza zolağının mərkəzi hissəsində gərginliyi artırmağa davam etdiyi vurğulanıb və İsrail qüvvələrinin son 24 saatda 151 fələstinlini öldürdüyü, 248 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada İsrailin İordan çayının qərb sahilindəki tətbiqləri ilə fələstinliləri kollektiv şəkildə cəzalandırdığına diqqət çəkilərək, Şərqi Qüds və İordan çayının qərb sahilində artan pozuntular pislənilib.