Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 206-ya çatıb
Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 206-ya yüksəlib.
Bu barədə Yaponiyanın qərbindəki İşikava prefekturasının qubernatorluğundan məlumat verilib.
Açıqlamada əyalət üzrə 22 bölgədə 400 təxliyyə məntəqəsində cəmi 26 min insanın, 3 min 100 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.
Qeyd edilib ki, bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicəsi, 52 nəfərin isə axtarışları davam edir.