Venesiyada 25 nəfərdən çox turist qruplarına qadağa qoyulub


İtaliyanın kütləvi turizmin təsirlərinin ən ciddi şəkildə müşahidə olunduğu şəhərlərindən biri olan Venesiyada 25 nəfərdən çox bələdçi turist qrupları və meqafonlardan istifadə qadağan edilib.


Venesiya Bələdiyyəsinin qəbul etdiyi qərar 2024-cü il iyunun 1-dən etibarən həyata keçiriləcək. Bələdiyyə qərarın davamlı turizmi təşviq etmək və eyni zamanda şəhər sakinlərini qorumaq məqsədi daşıdığını açıqlayb.

25 nəfərdən çox olan turist qruplarının Venesiyanın tarixi şəhər mərkəzini, həmçinin Murano, Burano və Torçello adalarını gəzməsinə icazə verilməyəcək.

Hazırda şəhərdəki bələdiyyə muzeylərində 25 nəfərlik məhdudiyyət tətbiq edilir. Bu say standart turist avtobuslarının tutumunun təxminən yarısına uyğundur.

Meqafonlar kimi yüksək səsli bələdçilik xidmətləri də çaşqınlıq və narahatlığa səbəb olduğu üçün qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu