Venesiyaya giriş ödənişli olacaq


Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində gündəlik turist sıxlığına nəzarət etmək üçün aprelin 25-dən şəhərə gündəlik gələn qonaqlardan giriş haqqının tutulması praktikasına başlanılacaq.



Venesiya Bələdiyyə Başçısı Luigi Brugnaro Venesiya Şəhər Şurasının 2023-cü ilin sentyabrında qəbul etdiyi qərara uyğun olaraq bu ay tətbiqi sınaqdan keçirəcəklərini açıqlayıb.

Brugnaro Romada Xarici Mətbuat Birliyində etdiyi təqdimatda tətbiqin həddindən artıq turist sıxlığına qarşı eksperimental və çəkindirici bir fikir olduğunu, lakin bunun şəhərin bağlanması mənasını daşımadığını bildirib.

Brugnaro tətbiqin ilk dəfə aprelin 25-də saat 08.30-16.00 arasında istifadəyə veriləcəyini bildirib.

Tətbiqin məqsədinin pul qazanmaq olmadığını iddia edən Brugnaro, bunun məqsədinin şəhəri qorumaq olduğunu vurğulayıb.

Brugnaro, tətbiqə nəzarət etmək üçün şəhərdə turniket olmayacağını, lakin bəzi nöqtələrdə yoxlamaların aparılacağını qeyd edib.

Gündəlik ziyarətçilərin pul ödəyəcəyini vurğulayan Brugnaro, Venesiyaya hər gün gələnlər və qalmayanlar, yəni səhər gəlib axşam gedənlər giriş haqqı ödəməli olduğunu bildirib. Giriş haqqının bu il adambaşına 5 avro nəzərdə tutulduğu açıqlanıb. 14 yaşa qədər uşaqlar, həmçinin Venesiya və ya Mestredə, yəni Venesiya Bələdiyyəsi sərhədləri daxilində otellərdə qalanlar heç bir ödəniş etməyəcək.

Tətbiqin yaz aylarında başlayacağını və iyulun ikinci həftəsinə qədər sınaqdan keçiriləcəyini bildirən Brugnaro, bu müddəti sınaq olaraq təyin etdiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu