Nazir: Məktəblərdə yeni fənnlər tədris ediləcək - VİDEO


“Biz anlamalıyıq ki, köhnəlmiş təhsildən gələcəyə hazırlaşmaq mümkün deyil”.


Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

Texnologiyanın tədrisə inteqrasiyasının önəmindən danışan nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsinin ilk məzunları 2024-cü ildə olacaq:

“Biz hələ uşaqları əmək bazarında görmürük. Amma növbəti 10-15 ildən sonra mütləq ki, görəcəyik. Bir ölkənin 410 min uşağı proqramlaşdırma ilə məşğul olursa, inanıram ki, bunun müsbət təsirləri olacaq. Yəni indikindən daha yaxşı əmək bazarına sahib olacağıq. Biz texnologiyanın həyatımızı nə qədər dəyişdiyini anlamalıyıq. Ona görə də STEAM təhsili, eləcə də rəqəmsal bacarıqlar hələlik layihə formasında bizim məktəblərdə tətbiq olunur”.
Nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEAM isə 100 min uşağı əhatə edir. O, layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edildiyini diqqətə çatdırıb.

Emin Əmrullayev bildirib ki, hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib. O vurğulayıb ki, həm rəqəmsal bacarıqlar, həm də STEAM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu