Binadan yıxılan uşağa kömək lazımdır: Təcili yardım gəlməmişdi... - YENİLƏNİB


Ötən gün binanın balkonundan yıxılan şəxslə bağlı yeni detallar məlum olub.


AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu bildirib ki, balkondan yıxılan uşağın 13 yaşı olub.

"Yeniyetmə ehtiyatsızlıqdan yıxılıb. Əməliyyat edilməsi üçün təcili 1+ qana ehtiyac var. Digər qrup qan da ola bilər, xəstəxanada dəyişirlər".

O, azyaşlının ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını bildirib:

"Uşağın atası fəhlə, anası təmizlikçidir. Kasıb ailədir. İmkanı olan şəxslər ailəyə yardım üçün Ramiz Aslanov adına 4169-7420-0869-9502 nömrəli Kapital bank kartına pul göndərə bilərsiniz".


***

Abşeron rayonunun Masazır qəsəbəsində təcili tibbi yardım balkondan yıxılan uşaq üçün edilən çağırışa gəlməyib.

Bu barədə sosial şəbəkədə jurnalist Nərmin Hüseynzadə paylaşım edib. O, saatlarla gözlədikdən sonra uşağı özləri xəstəxanaya apardıqlarını seyib:

“Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq yerdə qalıb, ana şokda özünü çırpır. İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi. Düz 1.5 saat uşaq betonun üstündə qanının içində qaldı. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qol-qıçını bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək.
Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? Həyətimizə hərəyə bir dənə təcili yardım maşını alıb qoyaq ? Nə edək biz?”, -deyə o yazıb.

Şikayətçi uşağın reanimasiyada olduğunu deyib: “Semaşko”da müalicə alır, 1+ qana ehtiyac var. Hemoqlobini çox aşağıdır, hələ əməliyyata götürə bilmirlər”.

N.Hüseynzadə həmçinin iddia edib ki, hadisədən 3-4 saat sonra zəng edən həkim xanım “get kimə istəyirsən şikayət elə” cavabını verib.

Qeyd edək ki, sözügedən paylaşımla bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu