Saleh Məmmədovun rəhbərlik etdiyi şirkətlərin milyonlarla borcu var


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan strukturların dövlətə milyonlarla manat borcu yaranıb.



Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən MMC-lərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə milyonlarla vergi borcu var.

"2 №-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 416.866,36 manat;
"3№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 4.254.547,50 manar;
"7№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 109.561.99 manat;
"23 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətin - 116.388,31 manat;
"54№-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 130.272,11 manat;
"55 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 257.021,84 manat.

Qurumun tabeçiliyində olan digər MMC-lərin də borclarının olması istisna edilmir.

Maraqlıdır ki, hər il dövlət büdcəsindən milyonlarla manat vəsait alan MMC-lər dövlətin vergi borcunu niyə ödəmir?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu