İraqda ölən dilənçinin evindən 400 min dollara yaxın tapılıb


İraqda aparıldığı xəstəxanada həyatını itirən dilənçinin evində aparılan axtarışda 380 min dollardan çox pul tapılıb.



İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra milyonçu olduğu üzə çıxıb.

Dilənçinin ölümündən sonra onun iki bacısı bacısının vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar.

Qardaşlar bacılarına məxsus pul və qızılları maşına yükləyərkən məhəllə muxtarı hadisənin şahidi olub və o, hadisə yerinə polis çağırıb.

Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb. Polis ölən qadının bacılarını saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu