Kiyev jurnalistin vətəninə qayıtmaqdan imtina etməsinə münasibət bildirib


Kiyevdə teleaparıcı Aleksey Peçiyin Avropa İttifaqının (Aİ) sammitindən sonra vətəninə qayıtmaqdan imtina etməsinə münasibət bildiriblər.


Ukraynanın mədəniyyət naziri vəzifəsini icra edən Rostislav Karandeyev “Facebook” sosial şəbəkəsində jurnalistin hərəkətlərinin qanunsuz olduğunu bildirib.

Mədəniyyət Nazirliyinin rəhbəri qeyd edib ki, xaricə səfər edən hər bir şəxs böyük sənədlər paketi təqdim edir və tapşırıqlarını yerinə yetirdikdən sonra geri qayıtmaq öhdəliyinə imza atır. Aleksey Peçiy də belə bir bəyanat imzalayıb, onun hərəkətləri nəinki qanunsuzdur, həm də onu bir insan və vətəndaş kimi xarakterizə edir, deyə Karandeyev vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu