Ukraynada alman tankları üçün ekipajlar tükənib


Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüşçülərinin "Leopard 2" tanklarını idarə etmək üçün təlim keçdiyi alman mərkəzlərində kadr çatışmazlığı səbəbindən yerlərin yarısı boş qalır.


Bu barədə "Die Welt"in Kiyevdəki jurnalisti Paul Ronzheimer bildirib. O, Ukraynada səfərbərliklə bağlı çətinliklərə diqqət çəkərək, ölkə prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələri komandanlığının əlavə olaraq yarım milyona qədər insanı səfərbər etmək tələbi ilə bağlı dediyi sözlərin ukraynalıları şoka saldığını vurğulayıb.

“Məsələn, Almaniyadan da eşidirik ki, “Leopard 2” tanklarının təlim mərkəzlərində hazırda yerlərin yalnız yarısı dolub. Bu o deməkdir ki, hazırda məşq etmək üçün kifayət qədər insan yoxdur”, - Ronzheimer bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu