Pentaqon Ukraynaya ayrılan vəsaitin bitmə tarixini açıqlayıb
Ukraynaya hərbi yardım fondunda olan vəsait dekabrın 30-da bitəcək.
Bloomberg xəbər verir ki, Pentaqonun maliyyə nəzarətçisi Maykl Makkord vəsaitin bitmə tarixini açıqlayıb.
Konqres yeni maliyyələşdirməni təsdiqləməsə, Pentaqonun Ukraynaya göndərilən silahları əvəz etmək üçün pulunun tükənəcəyi bildirilir.
Makkord qeyd edib ki, Müdafiə Nazirliyi son 1,07 milyard dolları ehtiyatlardan çıxarılaraq Ukraynaya göndərilən silah və avadanlıqların yerinə yeni silah və avadanlıqların alınmasına sərf edəcək.