ABŞ oktyabrın 7-dən bəri İsrailə fosforlu sursat ötürmədiyini bildirib


ABŞ oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışması başlayandan bəri tərkibində ağ fosfor olan sursatları İsrailə ötürməyib, lakin onun istifadəsi ilə bağlı hesabatları öyrənir.


Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

Bazar ertəsi səhər saatlarında “Washington Post” qəzeti İsrailin oktyabr ayında Livana hücumlarında ABŞ tərəfindən təmin edilən ağ fosforlu sursatlardan istifadə etdiyini yazıb. Nəticədə ən azı 9 mülki şəxs yaralanıb.

“Biz bunu araşdırırıq, mütləq daha çox bilmək istəyirik, israilli həmkarlarımıza bu hesabatların etibarlı olub-olmadığını və ağ fosforun necə istifadə edildiyini, istifadə edilib-edilmədiyini öyrənmək üçün suallar veririk. Oktyabrın 7-dən bəri İsrailə ağ fosforlu sursat vermədiyimizi yoxladığımız üçün əminik”, - Kirbi CNN telekanalında bildirib.

O əlavə edib ki, Vaşinqtonda baş verənlərlə bağlı hələ tam aydınlıq yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu