Qırğızıstan şaxtalı hava ilə əlaqədar distant təhsilə keçib


Qırğızıstanda soyuq hava ilə əlaqədar bütün təhsil müəssisələrində onlayn təhsilə keçilməsi qərara alınıb.


Qırğızıstanın Təhsil və Elm Nazirliyinin Mətbuat Mərkəzindən verilən açıqlamaya görə, ölkədə soyuq hava şəraiti ilə əlaqədar bu gündən gələn həftəyə qədər üzbəüz təhsilin dayandırılması qərara alınıb.

Nazirlik tərəfindən region və rayon təhsil müdirliklərinə göndərilən məktubda təhsilin onlayn davam etdirilməsi və internetdəki təhsil resurslarından faydalanmaq üçün tədbir görülməsi tapşırılıb.

Fövqəladə Hallar Nazirliyinə bağlı Hidrometeorologiya Xidmətindən verilən yazılı açıqlamada dondurucu temperaturun davam edəcəyi, bəzi yerlərdə havanın temperaturunun mənfi 35-dən aşağı düşəcəyi gözlənilir.

Bildirilib ki, əlverişsiz hava şəraiti örüş sahələrində heyvanların otarılması, onlara qulluq edilməsi, nəqliyyat vasitələrinin, enerji və ictimai xidmətlərin fəaliyyətini çətinləşdirir.

Paytaxt Bişkekdə yağan güclü qardan sonra bələdiyyə qrupları qar təmizləmə işlərini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu