Güclü qar və çovğun Astanada nəqliyyatı iflic etdi, uçuşlar gecikdi


Güclü qar, çovğun və buz Qazaxıstanın paytaxtında nəqliyyatın hərəkətini iflic edib, Astana Beynəlxalq Hava Limanında uçuşlar gecikir, şəhərin kommunal xidmətləri və polis gücləndirilmiş iş rejimində işləyir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, paytaxtda şənbə günündən etibarən başlayan qar çovğuna çevrilib, qara buz əmələ gəlib. Təkcə son üç gündə qar şəklində 37,6 millimetr yağıntı düşüb, aylıq norma isə 22 millimetr olub.

"Pisləşən hava şəraiti ilə əlaqədar nəqliyyat axınının və ictimai nəqliyyatın sürəti azalıb, avtobus marşrutlarında ləngimələr yaranıb, bəzi yerlərdə ictimai nəqliyyatın gediş-gəlişi çətinləşib", - deyə paytaxt nəqliyyat kompleksinin idarə olunması operatoru olan "Şəhər Nəqliyyatı Sistemləri" MMC-nin bəyanatında deyilir.

Polis idarəsinin məlumatına görə, ötən gün ərzində Astana şəhərinin avtomobil yollarında 144 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə iki vətəndaş xəsarət alıb. Qeyd olunur ki, polis, eləcə də kommunal xidmətlər gecə-gündüz növbətçilik edir.

Böyükşəhər Təhsil İdarəsi məktəbliləri distant təhsil formatına keçirib, beynəlxalq hava limanında uçuşların gediş-gəlişinin onlayn tablosuna əsasən, onlarla təyyarə gecikir.

Bundan əlavə, bütün nəqliyyat növləri üçün əsas yollarda Astanadan çıxış məhdudlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu