MOM-un Kimyaterapiya şöbəsi müdirinə yazılan təbrikə gələn RƏYLƏR TÜK ÜRPƏDİR- FOTOLAR


Aparıcı Tarix Əliyevin (Tolik) Milli Onkologiya Mərkəzinin kimyaterapiya şöbəsinin müdiri Anar Məmmədovun doğum günü ilə bağlı paylaşımı izləyicilər tərəfindən tənqidlə qarşılanıb.


AFN.az xəbər verir ki, T.Əliyevin təbrik etdiyi şöbə müdiri haqda çoxlu sayda tənqidi rəylər yazılıb. İzləyici rəylərindən aydın olur ki, xərçəng diaqnozu ilə kimyaterapiya alan xəstələr şöbə rəhbərinin fəaliyyətindən narazıdırlar. Belə ki, rəylərdə çoxlu sayda tənqidi məqamlar qeyd edilib. Vətəndaşlar A.Məmmədovun rəhbərlik etdiyi şöbədə kimyaterapiyanın 400-500 manata edildiyini, əlacsız insanlar üçün maksimum 250 manata qədər endirim edildiyini bildiriblər. "Bir kimya terapiya ,çox yalvardıqdan sonra, analizsiz, kimyaterapiyadan sonrakı dərmanlarsız 250 manat. Allah daha mənim yolumu ora salmasın" - deyə Aysel Talıblı yazıb.
Bundan əlavə şüa terapiyasının burada minimum 100 manata edildiyini yazıblar. Nona Muradova adlı izləyici isə yazıb: "Allah hamısının bəlasını versin, anamı-atamı itirdim, evimi satdım!"
İzləyicilərin adıçəkilən həkimə ən böyük "alqışı" isə "Xəstəsiz qalsın!" olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu