Pensiyalardakı artımlar nə vaxt ödənəcək? - AÇIQLAMA


Ötən ilin sonunda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 240 manata çatdırıldı.


AFN xəbər verir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qərarın bəzi pensiyaçılara şamil olunmaması ilə bağlı narahatlıqlar var. Belə ki, sosial şəbəkələrdə yazan vətəndaşlar özlərinin və yaxınlarının pensiyalarında artımın olmamasından şikayətlənirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov AFN-ə açıqlamasında bildirib ki, bu cür şikayətlər məlumatsızlıqdan irəli gəlir: "Bilirsiniz ki, qanunvericilikdə minimum pensiyanın məbləği 240 manata çatdırılıb. Bu, o deməkdir ki, 240 manatdan az alan pensiyaçıların pensiyaları 240 manat həddinə çatdırılır. 240 manatdan çox alan pensiyaçıların artımları isə ölkədə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi ortaaylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksasiya olunur. İndeksasiya ilə bağlı sərəncam verildikdən sonra həmin faiz göstəricisinə uyğun olaraq, müvafiq artımlar tətbiq ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu