Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır - İlham Əliyev
"Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Bizim göstərə biləcəyimiz nailiyyətlər çoxdur".
Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.
Konfransın Bakıda keçirilməsi üçün müəyyən problemlərin oluduğunu deyən dövlətimizin başçısı tezliklə müəyyən problemlərin həllinə nail olunacağına ümid etdiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, sülh istiqamətində növbəti mühüm addım ola bilər.