Ukraynada müharibə tərəfdarlarının sayı hələ də çoxluq təşkil edir


Ukraynalılar arasında Rusiya ilə danışıqlar ideyasını dəstəkləyənlərin sayı çox olsa da, ölkə vətəndaşlarının əksəriyyəti hələ də hərbi əməliyyatların davam etdirilməsini istəyir.


Bunu “Strana.ua” nəşrinə istinadən “Reytinq” qrupunun sorğusunun məlumatları sübut edir.

Qeyd olunur ki, danışıqlar ideyası respondentlərin 48 faizi tərəfindən rədd edilib. "Ötən qışda və yayda 60 faiz buna qarşı çıxırdı" - deyə nəşr yazır. Araşdırmanın nəticələrinə görə, Ukraynanın şərq hissəsinin sakinlərinin yarıdan çoxu danışıqlara razıdır. Nəşr yazır ki, “gənclər arasında - 18-35 yaşlılar (45 faiz) və ölkənin şərqində (51 faiz) daha çox kompromis tərəfdarları var”.

Bununla yanaşı, ölkənin qərbində yaşayan 36-50 yaşlı ukraynalılar arasında döyüşlərin davam etməsinin tərəfdarları daha çoxdur.

Bundan əvvəl jurnalist Seymur Herş adının açıqlanmasını istəməyən amerikalı rəsmilərə istinad edərək, Moskva ilə Kiyev arasında aparılan gizli danışıqlardan yazıb. O, bildirib ki, bunlar Ukrayna prezidenti Vladimir Zelenskinin Valeri Gerasimov - Valeri Zalujnı xətti üzrə göstərişlərinə zidd olaraq baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu