Tuğda turizm üç istiqamətdə inkişaf etdiriləcək


“Tuğda yaradılan və Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda turizm informasiya mərkəzi yaradılacaq və burada şərab dequstasiya mərkəzi fəaliyyət göstərəcək”.
Bunu AFN.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva bildirib. Onun sözlərinə görə, Tuğda turizmin üç istiqamətdə inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlardan birincisi təbiət turizmidir: “Tuğ kəndi elə bir ərazidə yerləşir ki, oranı bir təbiət möcüzəsi də adlandırmaq olar. İkinci istiqamət mədəni irs turizmidir. Burada qədim Qafqaz Albaniyasına məxsus çox zəngin irs var. Bu irs bərpa ediləcək və turizm nümayiş obyektinə çevriləcək. Üçüncü istiqamət isə şərabçılıqdır. Hazırda Tuğda olan qədim şərabçılıq ənənələrinin bərpası üzrə çoxistiqamətli işlər həyata keçirilir ki, onlardan biri də 2-ci Üzüm və Şərab Festivalında nümayiş etdirilən “Xındoqnı”nın istehsalının bərpa edilməsidir”.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu