Alimlər Tutanxamonun kulonunun yerdən kənar mənşəyini sübut ediblər
Qabaqcıl texnologiyadan istifadə edən beynəlxalq alimlər qrupu Misir fironu Tutanxamonun məşhur kulonunun hazırlandığı Liviya səhrasının sirli sarı şüşəsinin meteoritin Yer səthinə düşməsi nəticəsində əmələ gəldiyini sübut edib.
Bu barədə Phys.org yazıb.
Almaniya, Misir və Mərakeşdən olan tədqiqatçılar Tutanxamonun məzarından tapılan kulonda bir parçası olan sarı şüşə adlanan nümunələri tədqiq ediblər.