Dünyanın ən təmiz havasının sirri açıldı
Yağış və buludların Cənub Okeanı üzərindəki havanı planetin ən təmiz havasına çevirməkdə mühüm rol oynadığı məlum olub. Buludların havadan çirkli hissəcikləri yuya və güclü leysan əmələ gətirə bildiyi güman edilir.
Alimlər müəyyən ediblər ki, yağış və buludlar Cənub Okeanı üzərindəki havanı planetin ən təmiz havasına çevirməkdə əsas rol oynayır.
Antarktika bölgəsindəki bu okeanda insan fəaliyyəti az olsa da, dənizdən gələn duz, küləkdən gələn toz və ya fitoplankton adlanan kiçik bitkiyə bənzər orqanizmlərin hissəcikləri kimi amillərlə çirklənir.
Tədqiqatçılar bildiriblər ki, buludlar və yağışlar Antarktika okeanının üstündəki atmosferin təmizlənməsində mühüm rol oynayır.
Alimlər okean üzərində müxtəlif bulud modellərini aşkar etmək üçün yeni nəsil peyklərin məlumatlarından istifadə edərək kompüter proqramı hazırlayıblar.
Tədqiqatçılar xüsusi olaraq iqlimin bərpasında mühüm rol oynadığı bilinən pətək formalı bulud nümunələrinə baxıblar.
Bu buludlardakı pətək hüceyrələri, tutduqları ərazinin yağıntı miqdarına görə açıq və ya qapalı olurlar.
Alimlər müəyyən ediblər ki, havanın ən təmiz olduğu günlər təmiz pətək buludları ilə əlaqələndirilir. Güman edilir ki, bu buludlar güclü leysan əmələ gətirərək havadakı kir hissəciklərini yuya bilir.
Məlum olub ki, açıq buludlar qabarıq ağ qapalı buludlardan daha çox nəm saxlayır və daha çox yağış verir.