Myanmada toqquşmalar 300 minə yaxın insanı didərgin salıb - BMT


Myanma ordusu ilə muxtariyyət axtaran etnik qruplar arasında artan qarşıdurma 2021-ci il çevrilişindən sonra "ən böyük və coğrafi baxımdan ən geniş yayılmış" münaqişədir.



Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

BMT agentliyinin hesabatında deyilir ki, etnik orduların ittifaqı oktyabrın sonunda Şan əyalətinin şimalına hücuma başladıqdan sonra 286 mindən çox insan evlərini tərk edib. Döyüşlərin o vaxtdan bəri digər bölgələrə yayıldığını, 187 mülki vətəndaşın öldüyünü və 246 nəfərin yaralandığını bildirib.

BMT-nin məlumatına görə, döyüşlərin getdiyi kəndlərdə əsas nəqliyyat yolları hərbçilər və üsyançı qruplar tərəfindən bağlanıb. Telekommunikasiya xidmətlərində davam edən fasilələr fonunda bəzi yolların, su yollarının və hava limanlarının bağlanması insanların və zəruri malların hərəkətini ciddi şəkildə məhdudlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu