BMT şiddətli döyüşlərin getdiyi Soledara humanitar yardım göndərib
BMT şiddətli döyüşlərin getdiyi Ukraynanın Soledar qəsəbəsinə humanitar yardım göndərib.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Jens Larke bildirib.
Açıqlamada qeyd olunub ki, BMT müharibə başlayandan ilk dəfə Soledara humanitar yük göndərib. Üç maşınlıq humanitar yükdə 800 mülki şəxs üçün nəzərdə tutulan ərzaq və təcili yardım ləvazimatları var.
Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi qəsəbənin ələ keçirildiyini bildirmişdi. Rəsmi Kiyev isə hələlik bu iddiaları təkzib edir.