Bakıdan Kiyevə 30 ton humanitar yardım göndərilib
Ukrayna Respublikasınını Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu, müharibə şəraitində yaşayan, bombardmana məruz qalan Kiyevə göstərilən ilk yardım deyil. Bakı rəhbərliyi bir müddət əvvəl də Ukrayna paytaxtına humanitar yardım partiyası göndərib.