Hakan Fidan bu gün London və Parisə gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Böyük Britaniya və Fransaya səfər edəcək.
AFN.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirin bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılır. O, Qəzzada davam edən müharibə və Yaxın Şərqdəki sülh perspektivini müzakirə edəcək.