KİV: Prokuror Baydenə qarşı ittiham irəli sürməyəcək


Xüsusi prokuror Robert Xer vitse-prezidentliyi dövründə Co Baydenin məxfi sənədləri düzgün saxlamaması ilə bağlı heç bir ittiham irəli sürməyəcək.


Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Xer və onun hüquq qrupu bir ilə yaxın davam edən istintaqla bağlı ətraflı hesabat hazırlayır. 2023-cü ilin sonundal və ya daha sonra açıqlana biləcək hesabatda əsas tapıntılar və təfərrüatlar ilə yanaşı, Bayden və onun administrasiyasının üzvlərinin tənqidi də yer alacaq.

Mənbələr "The Wall Street Journal"a bildiriblər ki, istintaqdakı vəkillər sənədlərdə kimin əli ola biləcəyinə və hansı ehtiyat tədbirlərinə əməl edildiyinə daha çox diqqət yetiriblər. İşin hallarını aydınlaşdırmaq üçün xüsusi müşavir Bayden administrasiyasının rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken və Ağ Ev nümayəndələri ilə bir neçə söhbət aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu