Xəstəxanada acınacaqlı vəziyyət - Ürək ağrıdan FOTOlar

Qəzzada acınacaqlı vəziyyət yaşanır.
AFN.az dailymail-ə istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatından verilən məlumata görə Qəzzadakı doğum evi günlərdir işıqsız, qazsız, susuz qalıb.
"Əş-Şifa" hospitalında çəkilən foto ürəkdağlayıb. Fotoda 7 körpənin yan yana uzanması əks olunub. Qeyd edilib ki, buna səbəb hospitalın işıqsız qalmasıdır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.