İsrail HƏMAS komandirlərinin evlərinə zərbələr endirdi
İsrailin Müdafiə Ordusunun qırıcıları Qəzza sektorunda HƏMAS komandirlərinin "terror infrastrukturu" kimi istifadə edilən beş evinə hücüm edib.
“Report”un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.
"Son bir neçə saatda İsrailin Müdafiə Ordusunun qırıcı və təyyarəsi HƏMAS-ın bütün Qəzza üzrə terrorçuların beş qərargahına hücüm etdi. Hücüm edilmiş evlər terrorçuların infrastrukturu kimi xidmət göstərirdi", - xəbərdə deyilir.
Qeyd edək ki, Qəzza sektorunda vəziyyət mayın 10-da gərginləşib.