Aİ Ukraynadakı münaqişənin həlli üçün Çindən əməkdaşlıq gözləyir


Avropa İttifaqı Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Çindən əməkdaşlıq gözləyir.


Bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrell Aİ səfirlərinin illik konfransında çıxış edərkən deyib.

“Mən Çindəki dostlarımıza açıq şəkildə dedim ki, biz onlardan Ukrayna ilə bağlı daha çox şey gözləyirik. Onların bizim mövqeyimizi qəbul etmələrini gözləmirik. Amma bəli, biz gözləyirik ki, onlar Ukrayna ilə, xüsusən humanitar yardım və Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa inandırmaq məsələlərində daha çox qarşılıqlı fəaliyyət göstərəcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu