Şuşadakı qəzada yanaraq həlak olanların fotoları


Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.



AFN.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daşaltı kəndi ərazisində aşaraq yanan "Nissan Navara” markalı avtomobildə olan şəxslər "Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.

Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu