Fələstini dəstəkləyən "Seltik" azarkeşləri meydançaya buraxılmayıb


Şotlandiya təmsilçisi "Seltik" klubu Fələstinə azarkeşlik edən "Yaşıl Briqada" qrupunun azarkeşlərini liqada "Sent Mirren"lə matçda stadiona buraxmayıb.


İngiltərə mediasında yer alan xəbərlərə görə, "Yaşıl Briqada" azarkeş qrupu, "Seltik" idarə heyətinin tribuna qadağası səbəbiylə "klubu utandırıb".

Qərardan sonra "Celtic Park"da oynanılan "St Mirren" matçında "Yaşıl Briqada"nın olduğu tribunalarda yüzlərlə yer boş qalıb.

Boş oturacaqların olduğu tribunalarda Fələstin bayrağının asıldığı görülüb. Dünən axşam oynanan liqa matçında tribunalarda olan bəzi "Seltik" tərəfdarları Fələstinə dəstəyini davam etdirib.

“Seltik” klubu Fələstini dəstəkləyən “Yaşıl Briqada” qrupunun azarkeşlərinin ev matçlarına gəlməsini qadağan etmişdi. Bu qərarın UEFA Çempionlar Liqasının “Atletiko Madrid”lə oyununda azarkeşlərin tribunalarda Fələstin bayraqlarını açmasından sonra verildiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu