Zərərçəkən: Vaqif Xaçatryan Balasanyanın ən yaxın adamlarından olub, onunla birlikdə Xocalı əsirlərini dəyişib


"Vaqifin rəhbərliyi ilə Badara kəndindən olan ermənilər və digər 1500 nəfərdən ibarət erməni silahlıları Meşəliyə hücuma keçdilər. Hadisə zamanı atamı və anamı öldürdülər”.



AFN.az xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə Meşəli sakini, zərərçəkən Nadir Əkbərov deyib.

O, kəndə səhərə yaxın hücum edildiyini bildirib: “Vaqif, sən Meşəlinin, Xocalının birbaşa, ən böyük qatilisən. O vaxt bunu "Vagi" kimi çağırırdılar. Hadisələr vaxtı səsgücləndirici ilə Azərbaycanca bizi kənddən çıxmağa çağırırdılar. Çıxmaq istəyəni də qapısında güllələyirdilər. Vaqif indi boynuna almır, amma təkcə Məşəli yox, Malıbəyli, Quşçular və digər Azərbaycan kəndlərinə birbaşa hücum edənlərdən olub".

Zərərçəkən bildirib ki, Vaqif Xaçatryan Əsgaranda Vitali Balasanyanla birlikdə Xocalı əsirlərini dəyişməklə məşğul olub: "Vaqif Vitalinin ən yaxın adamlarından idi. Bunlar uşaq, gəlin, qız demədən hamını güllələyiblər. Onu ömürlük azadlıqdan məhrum etməyinizi xahiş edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu