ABŞ hərbçisi İsrailin HƏMAS-ı məhv etmək imkanlarını dəyərləndirib


İslamçı Həmas qruplaşmasının Qəzza zolağında mülki əhalinin müdafiəsi missiyası ilə eyni vaxtda məhv edilməsi praktiki olaraq mümkün deyil.


“The Hill” xəbər verir ki, bunu ABŞ-ın istefada olan generalı Robert Abrams deyib.

"Məncə, HƏMAS-ı məhv etmək, onun İsrailə və İsrail xalqına zərər vermək qabiliyyətini əlindən almaq, eyni zamanda təhlükədə olan milyonlarla fələstinlini qorumaq demək olar ki, qeyri-mümkündür", - hərbçi deyib.

Abramsın sözlərinə görə, əsas çətinlik regionun şəhər sisteminin spesifikliyi və yaşayış infrastrukturunun Həmas obyektlərinə yaxınlığıdır ki, bu da İsrail Müdafiə Qüvvələrindən (IDF) mühasirə döyüşlərini tələb edəcək. Eyni zamanda o qeyd edib ki, İsrail silahlı münaqişə qanunlarına əməl etmək üçün hər cür səy göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu