Media: ABŞ İsveç hərbi bazalarına giriş əldə edəcək


İsveç və ABŞ Müdafiə Əməkdaşlıq Sazişi imzalamağa hazırlaşır. Birləşmiş Ştatlar hərbi texnika və texnologiyanın saxlanması üçün İsveç hərbi bazalarına çıxış əldə edəcək.


AFN.az xəbər verir ki, bu barədə TT xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, İsveç, lazım gələrsə, Amerikanın hərbi yardımını daha tez ala biləcək. Müqavilə krallıqda Amerikanın hansı hərbi texnikasının saxlanacağına da aydınlıq gətirəcək.

Danışıqlar yanvar ayından davam edir. İsveçin müdafiə naziri Pol Consonun sözlərinə görə, sənəd bu həftə hazır olmalıdır və gələn ilin payızında qüvvəyə minə bilər. “Şimali Avropada güclü Amerika mövcudluğunun olması vacibdir. Bu, çəkindirici və sabitləşdirici təsir göstərəcək”, - deyə agentlik hərbi idarə rəisinin sözlərindən sitat gətirir.

Söhbət İsveçdə mövcud hərbi bazalardan gedir, lakin onların neçəsinin və hansının müqavilənin əhatə edəcəyi hələlik açıqlanmayıb. “Dagens Nyheter” qəzetinin məlumatına görə, danışıqlar zamanı Östersund, Lulea, Göteborq kimi şəhərlər yaxınlığında, eləcə də Qotland adasındakı bazalar müzakirə olunub.

Consonun fikrincə, İsveç-Amerika sazişinin bağlanması İsveç üçün hərbi təhlükə səviyyəsini artırmamalıdır. O vurğulayıb ki, yeni əməkdaşlıq NATO-nun Baltikyanı ölkələri və Finlandiyanı müdafiə etməsini asanlaşdıracaq. "Müqavilə İsveçin suverenliyinə, qanunvericiliyinə və razılığına əsaslanır" -deyə Conson qeyd edib.

Macarıstan, Baltikyanı ölkələr, Polşa və Çexiya artıq ABŞ-la oxşar saziş bağlayıb. Danimarka, Finlandiya və İsveçlə hələ danışıqlar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu