Almaniya körfəzində toqquşan yük gəmilərindən biri batıb


Almaniya körfəzində Şimal dənizinin cənub-şərqində iki yük gəmisi toqquşub. Gəmilərdən biri batarkən, itkin düşmüş heyətə çatmaq üçün işlər aparılır.



Almaniya Fövqəladə Hallar Mərkəzi Komandanlığının (CCME) verdiyi açıqlamada, Alman körfəzində çərşənbə axşamı səhər erkən saatlarda iki gəminin toqquşduğu qeyd edilib. “POLESIE" və "VERITY" yük gəmiləri Heliqoland adasından təqribən 22 kilometr cənub-qərbdə və Langeooq adasından 31 kilometr şimal-şərqdə toqquşub.

“Verity” yük gəmisinin toqquşmadan sonra batdığını bildirən səlahiyyətlilər, bir nəfərin xilas edildiyini bildirib. Səlahiyyətlilər digərlərinin isə itkin düşdüyünü və axtarışların davam etdiyi qeyd edib. "POLESIE"in hazırda suda olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu