İsrail Baş naziri: “İndi dünyanın ən qaranlıq vaxtıdır”


“İndi dünyanın ən qaranlıq vaxtıdır”.



Bunu İsrailin Baş naziri Benyamin Netenyahu oktyabrın 19-da Qüdsdə britaniyalı həmkarı Rişi Sunakla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, HƏMAS-ı “yeni İŞİD” adlandırıb: “Hazırda Yaxın Şərqdə davam edən müharibə azad dünya uğrunda gedən döyüşdür. İndi ölkəmizin ən qaranlıq saatıdır”.

B.Netenyahu ölkəsinin qələbə uğrunda mübarizə apardığını diqqətə çatdırıb.

R. Sunak isə İsraili dəstəklədiyini bildirib: “İsrailin özünümüdafiə hüququnun olduğunu və mülki insanlara zərər verməmək üçün hər cür tədbiri gördüyünü bilirik”.//“Report”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu