59 şirkət Kiyevlə silah istehsalına dair razılıq əldə edib


23 ölkədən 59 şirkət Kiyevlə birlikdə silah istehsalına dair razılığa gəlib.


"RİA Novosti" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. O, əlavə edib ki, söhbət istehsalçıların müdafiə sənayesi alyansına qoşulmasından gedir.

Sentyabrın əvvəlində Böyük Britaniyanın "BAE Systems" şirkəti Kiyevə bir neçə ay ərzində hərbi texnika və silahlar üçün ehtiyat hissələrin istehsalına başlamaqda kömək etməyə hazır olduğunu bəyan edib. İlk növbədə, söhbət 105 mm çaplı L119 haubitsalarının ehtiyat hissələrindən gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu