Misir QAC: Qəzzaya çatdırılmaq üçün Arişdən Rəfaha yardım maşınları göndərildi


Misir Qızıl Aypara Cəmiyyətinin Şimali Sinay direktoru Xalid Zayed İsrailin bombardmanları altında olan Qəzza zolağına daxil olmaq üçün hazırlıqlar çərçivəsində Ariş şəhərindən Rafah Sərhəd Qapısına yardım maşınlarının göndərilməyə başladığını açıqlayıb.


AFN.az xəbər verir ki, AA müxbirinə açıqlama verən Zeyid, yardım dolu yük maşınlarının Əl-Ariş şəhərindəki anbar mərkəzindən Rəfah qapısına daşınmağa başladığını deyib.

Yük maşınlarında qida və tibbi ləvazimatların olduğunu bildirən Zeyid, yardımın Rəfahdan Qəzzaya nə vaxt keçməsinə icazə veriləcəyinin dəqiq bilinmədiyini, lakin Misir rəsmilərinin yük maşınlarının keçidə doğru sürətlə hərəkətə başlamasını tələb etdiyini vurğulayıb.

Misir Qızıl Aypara Cəmiyyəti Facebook sosial şəbəkəsindəki açıqlamalarında Misirdən gələn quru yardım karvanları, həmçinin Türkiyə, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən gələn təyyarələrlə tonlarla yardım materialının Əl-Ariş Beynəlxalq Hava Limanına çatdırıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu