Fransada məktəbə hücum: müəllim bıçaqlanaraq öldürülüb


Fransanın şimalında orta məktəbə bıçaqlı hücum nəticəsində bir müəllim ölüb, iki nəfər isə ağır yaralanıb.


Ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalındakı Arras şəhərinin mərkəzində bir nəfər orta məktəbə girərək bıçaqlı hücum edib.

Hücum nəticəsində bir müəllim ölüb, iki nəfər isə ağır yaralanıb.

Polis şübhəlini və qardaşını saxlayıb.

Şübhəlinin 20 yaşlarında olduğu və sözügedən orta məktəbin keçmiş şagirdi olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu