Blinken İsrailə səfər üçün ABŞ-dan ayrıldı
ABŞ-ın dövlət katibi Antoni Blinken bu gün İsrailə səfəri üçün ABŞ-ı tərk etməzdən əvvəl İsrailə dəstək mesajını təkrarlayıb.
Təyyarəyə minməzdən əvvəl jurnalistlərə açıqlama verən Blinken, "ABŞ prezidenti Co Bayden və ABŞ xalqı adına mesajımız aydındır. ABŞ İsrailin arxasındadır. Biz İsrail xalqının arxasındayıq. Bu gün də, sabah da onların arxasındayıq." sözlərini deyib.
HƏMAS-ın israillilərə qarşı hərəkətlərini tənqid edən Blinken, İŞİD-dən sonra belə əxlaqsızlıq görmədik" ifadələrini işlədib.
İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahu və İsrail prezidenti İsaak Hersoqla görüşəcəyini qeyd edən Blinken, "İsrailin özünü müdafiə etmək üçün ehtiyacı olan hər şeyə sahib olmasını təmin edəcəyik və İsrail xalqını dəstəkləyəcəyik. Əhəmiyyətli miqdarda Hərbi yardım artıq yoldadır”.
Blinken bölgədəki ABŞ vətəndaşlarına da diqqət ayırdıqlarını ifadə edərək, indiyə qədər 22 ABŞ vətəndaşının həyatını itirdiyini və bu sayın artacağından narahat olduqlarını bildirib.