Bakıda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib
Bakının Suraxanı rayonunda 10 yaşlı yeniyetməni avtomobil vurub.
AFN.az xəbər verir ki, 2013-cü il təvəllüdlü İsgəndərli Təbriz Rasim oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.