Fidan Hacıyeva I Beynəlxalq Vokal Festivalı keçirəcək


Azərbaycanın Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva I Beynəlxalq Vokal Festivalı keçirəcək.


Sənətkarın öz adını daşıyacaq festivalda dünyanın bir çox tanınmış vokalçıları çıxış edəcək. F. Hacıyeva masştanlı festivala artıq hazırlıqların başlandığını bildirib: "Əziz dostlar, sizinlə önəmli bir xəbəri bölüşmək istəyirəm. Uzun müddətdir planlaşdırdığım bir layihəm artıq reallaşır. Tezliklə təşkil edəcəyim Beynəlxalq Festivalda dünyanın müxtəlif ölkələrindən olan məşhur dirijorlar, opera ifaçıları, o cümlədən, ölkəmizin məşhur opera müğənniləri çıxış edəcəklər. Həmçinin Festivalda ölkəmizin gənc vokalçıları da öz bacarıqlarını nümayiş etdirəcəklər. Bu Festivalın ölkəmizdə opera sənətinin inkişafında mühüm rolu olacağına inanıram".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu