Flora Kərimova 80 yaşında!
Bu gün Xalq artisti Flora xanım Kərimovanın 80 illik yubileyidir.
Məşhur estrada, muğam və opera müğənnisi 23 iyul 1941-ci ildə Bakıda anadan olub.
Yaradıcılığında klassik opera, milli opera, xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycanda estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).
Azərbaycan Dövlət Opera və Balet Teatrında (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov) çıxış edib, “Qanun naminə” bədii filmində çəkilib.
Əsrarəngiz səs tembrinə sahibi olan Flora Kərimova dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Onun “Əzizim”, “Tapar məni”, “Bağışla”, “Qaytar eşqimi”, “Bilməzdim” və s. mahnıları məşhurdur.
Flora Kərimova üç dəfə ailə qurub. Oqtay və Zümrüd adında övladları var.