Putin: Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri mənasızdır


Rusiya prezidenti Vladimir Putin Qərbin onun “inhisarçılığına” qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışdığını bəyan edib.


O, Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu deyib.

Hindistanın NDTV kanalının xəbərinə görə, Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırıb.

“Qərb onun monopoliyasına qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışır, hər kəs risk altındadır, hətta Hindistan da, lakin Hindistan administrasiyası müstəqil şəkildə öz millətinin maraqlarına uyğun hərəkət edir” - deyə Putin qeyd edib.

O, Hindistanın baş nazir Narendra Modinin rəhbərliyi altında getdikcə daha da gücləndiyini qeyd edib.

Putin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islahatların aparılmasının zəruriliyinə diqqət çəkib və Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrin “qlobal blokda” daha çox təmsil olunmağa layiq olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu