Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat yayıb: "Yardım göstərməyə hazırıq"


“Ehtiyac yaranarsa, Türkiyə Xankəndidəki partlayışla bağlı lazımi yardımı göstərməyə hazırdır”.



AFN.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 25-də Xankəndidə baş vermiş partlayışla bağlı bəyanatında bildirilib.

“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına görə kədərləndik. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - nazirlikdən qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu