Sosial müdafiə və sosial təminat xərclərinin büdcədə xüsusi çəkisi bu qədər olacaq


Gələn il proqnozlaşdırılan sosial müdafiə və sosial təminat üzrə xərcləri açıqlanıb.



AFN.az apa-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz) ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu