Zelenskiyə xəbərdarlıq: Payızda çətin olacaq


Payızın başlaması ilə Ukrayna Silahlı Qüvvələri NATO avadanlıqlarından istifadə etməkdə çətinliklərlə üzləşəcək.



AFN.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu hərbi ekspert, Luqansk Xalq Respublikasının (LXR) Xalq Milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko deyib.

Maroçko Ukraynaya NATO avadanlığının çatışmazlığı ilə bağlı xəbərdarlıq edib və payızda onun effektivliyinin azalacağını vurğulayıb. O, Ukrayna prezidenti Vladimir Zelenskinin hava şəraitinin əks-hücumun gedişinə təsir etməyəcəyi barədə bəyanatlarını xatırladıb.

“Bu o deməkdir ki, onun Pentaqondakı himayədarları hava şəraitindən asılı olmayaraq istənilən nəticəyə nail olmaq üçün aydın göstərişlər veriblər, bu, əks-hücumun gedişatına çox pis təsir edir, çünki itkilərin sayı artır”, - hərbçi qeyd edib.

Ekspert əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda xüsusi əməliyyat zonasında fəallığını azaltmayacaq. Onun fikrincə, Kiyev istənilən nəticəni əldə edəcək. “İnanıram ki, nə palçıqlı yol, nə də payız Ukrayna komandanlığı tərəfindən nəzərə alınmayacaq”, - deyə Maroçko yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu