Paris-Rabat münasibətləri zəlzələdən sonra daha da kəskinləşib


Sentyabrın 8-də Mərakeşdə baş verən və minlərlə insanın həyatına son qoyan zəlzələ Mərakeş-Fransa münasibətlərində mövcud böhranı daha da dərinləşdirib.


Zəlzələnin böyüklüyünə baxmayaraq, Mərakeş rəhbərliyi digər ölkələrdən gələn komandaların təşkilatlanmasında problem olacağını əsas gətirərək beynəlxalq yardım tələb etməyib.

Lakin Qətər, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İspaniyanın yardım təklifini qəbul edib. Mərakeşlə müstəmləkəçilik tarixi olan Fransanın yardım təklifinin rədd edilməməsi müzakirələrə səbəb olub.

Mərakeşin yardım təklifini qəbul etməməsi Fransa mətbuatında ciddi tənqidlərə məruz qalıb.

"Liberation" qəzetinin 11 sentyabr tarixli sayının birinci səhifəsində ağlayan Mərakeşli zəlzələ qurbanının fotosu sanki öz ağzından gəlirmiş kimi "Burada səssizcə ölürük" başlığı ilə müşayiət olunub. Beləliklə, Fransanın köməyi olmadan Mərakeşin bu fəlakətdən çıxa bilməyəcəyi təəssüratı yaratmağa cəhd edilib.

Siyasət və mətbuatın ən yüksək səviyyələrindən birbaşa Mərakeşlilərə edilən çağırış iki ölkə arasındakı böhranın dərinləşməsinə səbəb oldu.

Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında yayımlanan video ilə Mərakeş xalqına müraciət edib.

Zəlzələnin Mərakeşi olduğu kimi, Fransanı da silkələdiyini bildirən Makron Mərakeş xalqının yanında olduqlarını və humanitar yardım göstərmək üçün hər cür imkana malik olduqlarını bildirib.

Makron bu məsələdə qərar verəcək tərəfin Mərakeş kralı VI Məhəmməd və Mərakeş hökuməti olduğunu bilsə də, bu addım Mərakeşdə onun müstəmləkə dövrü üçün nostalji olduğu reaksiyalarına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu